Türkiyədə dolların məzənnəsi 6 lirəni keçib - ƏLAVƏ OLUNUB

Türkiyədə dolların məzənnəsi 6 lirəni keçib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 09:34-də verilib
Maliyyə
10 Avqust , 2018 10:19
Türkiyədə dolların məzənnəsi 6 lirəni keçib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 09:34-də verilib

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterlinqin məzənnəsi isə 7,35 lirə olub.

Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır. 

***

Bir qədər əvvəl TRY/USD nisbəti 6,01-ə çatıb. TRY/EUR nisbəti 7,05, TRY/GBP nisbəti isə 7,67 olub. 

Son xəbərlər

Orphus sistemi