Türkiyədə dolların məzənnəsi 5,7 lirədən aşağı düşüb

Türkiyədə dolların məzənnəsi 5,7 lirədən aşağı düşüb Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Türkiyədə ABŞ dollarının məzənnəsi 5,7 lirədən aşağı düşüb.
Maliyyə
17 Oktyabr , 2018 10:24
Türkiyədə dolların məzənnəsi 5,7 lirədən aşağı düşüb
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Türkiyədə ABŞ dollarının məzənnəsi 5,7 lirədən aşağı düşüb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, banklararası valyuta bazarında Amerika valyutasının qiyməti bu il avqustun 10-dan bəri ilk dəfə 5,67 lirə ətrafındadır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda qonşu ölkədə Avropa valyutasının qiyməti 6,55 lirə ətrafındadır.

Xatırladaq ki, türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Andru Brunsonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb. 

Son xəbərlər

Orphus sistemi