Yuxarı
    Bağlamaq

    Türkiyədə dolların məzənnəsi 3,60 lirədən aşağı düşüb

    Report: Dolların lirəyə qarşı ciddi ucuzlaşması gözlənilmir

    Bakı. 27 mart. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, martın 27-də 3,60 TRY/USD səviyyəsindən aşağı düşüb. "Report" xəbər verir ki, hazırda məzənnə cümə günü, martın 24-nə olan son qiymətlə müqayisədə 0,7% geriləyərək 3,5870 TRY/USD təşkil edir. 

    Türkiyədə dolların ucuzlaşmasına səbəb kimi ümumilikdə dünya bazarında ABŞ valyutasının məzənnəsinin zəifləməsi amili göstərilir. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Trampın seçkidən öncə vəd etdiyi vergi islahatları və fiskal xərclərin artırılması barədə planların həyata keçirilməsi ilə bağlı şübhələrin yaranması dolları ucuzlaşdırmağa başlayıb.

    "Report"un analitik qrupu hesab edir ki, qlobal valyuta bazarında dollar daha 1-1,5% ucuzlaşa bilər. Belə olduğu halda, ABŞ-dan ixrac sürətlənəcək, inflyasiya artacaq, bu da öz növbəsində FED-in faizləri daha sürətlə artırmasına və nəticədə, dolların möhkəmlənməsinə gətirib çıxaracaq. "Ona görə də dolların məzənnəsində ciddi ucuzlaşma gözlənilmir. Türkiyədə dolların məzənnəsi isə 3,55 TRY/USD səviyyəsinə qədər geriləyə bilər. Daha sonra isə FED-in faizləri artırması prosesinə davam etməsi ilə məzənnənin 3,65-3,75 TRY/USD səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi