Türkiyədə dolların məzənnəsi rekord səviyyəyə yüksəlib - YENİLƏNİB

Türkiyədə dolların məzənnəsi rekord səviyyəyə yüksəlib - YENİLƏNİB Avronun məzənnəsi isə 3,7441 TL-i ötüb
Maliyyə
3 Yanvar , 2017 15:14
Türkiyədə dolların məzənnəsi rekord səviyyəyə yüksəlib - YENİLƏNİB

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyədə dolların məzənnəsi tarixi rekord səviyyə olan 3,60 TRY/USD-yə çatıb. 

"Report" xəbər verir ki, inflyasiyanın gözləniləndən çox olması və siyasi proseslər sonrası dollar 3,60 səviyyəsini görərək yeni zirvəyə yüksəlib. Dollar daha əvvəl ən son ötən ilin 2 dekabr tarixində 3, 5923 səviyyəsini görüb.  

*** 13:05

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyədə dolların məzənnəsi bu gün 3,5863 TL səviyyəsini keçib.

"Report" xəbər verir ki, yeni ilə artımla başlayan dollar dünən axşam saatlarında 3,54 TL səviyyəsində olub. Dekabr ayının inflyasiya rəqəmlərinin açıqlanmasından sonra dollar artıma başlayıb. 

Avronun məzənnəsi isə 3,7441 TL-i ötüb.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı (TCMB) dekabrın 20-də keçirdiyi növbəti pul siyasəti iclasında uçot dərəcəsi kimi qəbul edilən 7 günlük REPO əməliyyatları üzrə faiz dərəcəsini dəyişdirmədi. Bununla da faiz dəhlizinin üst həddi, yəni birgünlük marjinal maliyyələşdirmə faizi 8,5%, birgünlük borclanma faizi, yəni faiz dəhlizinin aşağı həddi isə 7,25% olaraq təsdiq edilib. Bununla yanaşı, uçot dərəcəsi 8% səviyyəsində saxlanılıb.

Bununla bağlı əksər analitiklər faizlərin artırılaraq türk lirəsinə marağın yüksəldiləcəyini və dolların məzənnəsinin düşəcəyini ehtimal edirdilər.

Son xəbərlər

Orphus sistemi