Türkiyədə dollar yenidən 3,70 TRY/USD səviyyəsini keçib

Türkiyədə dollar yenidən 3,70 TRY/USD səviyyəsini keçib Dolların bu il 3,50-3,80 TRY/USD diapazonunda dalğalanması proqnozlaşdırılır
Maliyyə
2 Mart , 2017 17:16
Türkiyədə dollar yenidən 3,70 TRY/USD səviyyəsini keçib

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi 3,70 TRY/USD səviyyəsini ötüb. 

"Report" xəbər verir ki, 2017-ci il yanvar ayının 11-də 3,9423 TRY/USD səviyyəsinə yüksələrək tarixi rekord həddə çatan dollar, daha sonra Türkiyə Mərkəzi Bankının (TCMB) monetar sərtləşdirmə və repo hərraclarının effektiv təsiri ilə fevralın 23-də 3,5552 TRY/USD səviyyəsinə kimi geriləyib.

"Report" xəbər verir ki, dolların yenidən yüksəlməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasda uçot dərəcəsini artırması ehtimalının güclənməsi ilə əlaqədardır. Belə ki, bu ehtimal dolların qlobal valyuta bazarında demək olar ki, bütün valyutalarla müqayisədə möhkəmlənməsinə səbəb olub.

"Report" bildirir ki, yaxın günlərdə Türkiyədə dolların məzənnəsi 3,75 TRY/USD-yə qədər yüksəldikdən sonra yenidən 3,55 TRY/USD səviyyəsinə qədər geriləyəcək. Bu il ərzində isə məzənnəsinin 3,50-3,80 TRY/USD diapazonunda qalması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi