​Türkiyədə dollar sürətlə bahalaşır

​Türkiyədə dollar sürətlə bahalaşır "Report": Bu il Türkiyə iqtisadiyyatında müsbət dəyişiklik gözlənilmir
Maliyyə
8 İyun , 2015 13:13
​Türkiyədə dollar sürətlə bahalaşır

Bakı. 8 iyun. REPORT.AZ/ Ötən gün Türkiyədə keçirilən parlament seçkilərinin ilkin nəticələri artıq iqtidar partiyası - AKP-nin ölkəni təkbaşına idarə etməyəcəyini göstərir. Ali qanunvericilik orqanında 258 yer qazanan AKP koalisiya hökuməti qurmalı olacaq. Bununla yanaşı, erkən seçkilər və ya prezident idarəetməsi sisteminə keçid baş verə bilər ki, bu da qeyri-müəyyən bir gələcəkdə olacağı üçün Türkiyə iqtisadiyyatında siyasi vəziyyət düzələnə qədər qeyri-müəyyənliyin davam edəcəyi gözlənilir. Bu isə onsuz da iqtisadi artımı zəifləyən, maliyyə sistemi problemlərlə üzləşən Türkiyəyə ciddi zərbə vuracaq.

"Report" xəbər verir ki, bu gün, seçkilərdən sonrakı ilk iş günü, Türkiyə milli valyutası - lirə dollar və avroya qarşı əhəmiyyətli şəkildə zəifləyib. Nəticədə dolların məzənnəsi 2,80 TRY/USD, avronun məzənnəsi isə 3,11 TRY/EUR-a qədər yüksəlib. İstanbul Fond Birjasının BİST100 indeksi isə 6% düşərək 77 000 səviyyəsində qərarlaşıb.

"Report"un analitik qrupu qeyd edir ki, türk lirəsinin yaxın gələcəkdə zəifləməsi davam edəcək və 1 dolların 3 lirəyə qədər bahalaşacağı, BİST100 indeksinin isə 65 000 səviyyəsinə qədər geriləcəyi ehtimal olunur. Siyasi arenada anlaşma əldə olunmazsa və ya erkən seçim qərarı qəbul olunarsa, indeksin bir qədər də azalması mümkündür. Maliyyə bazarlarındakı stress vəziyyətində isə dünya iqtisadiyyatındakı zəif artım tempinin Türkiyə iqtisadiyyatına mənfi təsiri də davam edəcək. Nəticədə, 2015-ci il üçün Türkiyə iqtisadiyyatında müsbət irəliləyişin olacağı gözlənilmir.

Son xəbərlər

Orphus sistemi