​Türkiyədə dollar depozitləri 39% artıb

​Türkiyədə dollar depozitləri 39% artıb Azərbaycanda yığım göstəricisi 14%-ə çatıb
Maliyyə
25 Yanvar , 2016 12:53
​Türkiyədə dollar depozitləri 39% artıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyənin kommersiya banklarında dollar depozitlərinin həcmi 2015-ci ilin ilk 9 ayında 2014-cü ilin yekununa nəzərən 89 mlrd. TRY (29,7 mlrd. dollar) və ya 39% artaraq 317,5 mlrd. TRY (105,8 mlrd. dollar) təşkil edib. Məlumatı Bankların Tənzimlənməsi və Nəzarət İdarəsi (BDDK) yayıb. 

"Report" BDDK-nın məlumatına əsasən xəbər verir ki, bu müddət ərzində TRY depozitləri isə cəmi 32 mlrd. lirə (10,7 mlrd. dollar) artıb. Qeyd edək ki, dollar 2015-ci ildə lirə ilə müqayisədə 25% möhkəmlənərək Türkiyənin ən çox qazanc gətirən investisiya aləti olub.

BDDK-nın məlumatına görə,  2015-ci ilin ilk 9 ayında Türkiyədə depozit portfeli 749,2 mlrd. TRY-yə (249,7 mlrd. dollar) çatıb ki, bunun da 431,7 mlrd. TRY(143,9 mlrd. dollar) hissəsini milli valyutada depozitlər təşkil edib. İqtisadçılar dolların dünya bazarında güclənməsinin davam etməsini və Türkiyədə də depozitlərin dollarlaşmasının artacağını bildiriblər. 

Qeyd edək ki, Türkiyənin ÜDM-i 2015-ci il yekununa əsasən təxminən 1,95 trln. TRY (650 mlrd. dollar) olması proqnozlaşdırılır. Buna görə də depozitlərin həcmi ÜDM-in 38%-nə bərabərdir. Azərbaycanda isə bu rəqəm 14%-ə yaxındır və əhalinin yığım göstəricisinin aşağı səviyyədə olduğunu əks etdirir. Qeyd etmək lazımdır ki, 2014-cü ilin sonuna yığım göstəricisi 12,2% olub.

Son xəbərlər

Orphus sistemi