Yuxarı

​Türkiyədə bank kreditlərinə tələb doyma nöqtəsinə çatıb

Problemli kreditlərdə artım müşahidə olunur

Bakı. 30 iyun. REPORT.AZ/ "Bank sektorunda yeni kredit yaratmaq çətinləşib və tələb doyma nöqtəsinə çatıb."

"Report" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin orta sahibkarlıq və ticarət şirkətləri ilə əməkdaşlığa istiqamətlənmiş "T-Bank"ının baş direktoru Dinçer Alpman "Hürriyət" qəzetinə açıqlamasında bildirib. 

O deyib ki, son bir ildə yeni sərmayə krediləri üçün müraciətlər kəskin azalıb. Bank sektorunda hazırda kreditlərin restrukturizasiyası əsas mövzuya çevrilib. 2016-cı ilin ilk rübündə Türkiyədə yeni kreditlərin həcmi cəmi 2% artım göstərib. 

Baş direktorun sözlərinə görə, bank sektorunda 2009-2012-ci illərdə rahatlıqla verilən kredit imkanları hazırda çətinləşib. O, Türkiyənin son illərdə 4% iqtisadi artım tempini ötə bilməməsi amilini də məhz yeni kreditlərdə genişləmə problemi ilə əlaqələndirib. 

D.Alpman yeni kreditlərin verilməsində artımın məhdud olmasına qlobal qeyri-müəyyənliklər, bölgədə yaşanan problemlər, terror və bəzi şirkətlərin iflas prosedurundan sui-istifadə etməklə əlaqədar yaranmış maneələri əlavə edərək bank sektorunda gərginliyin daha da artdığını bildirib. 

Bankdan gələn açıqlamada "Türkiyədə nəğd vəsaitlərin hərəkətinin yavaşladığı, kreditlərin müddətinin uzadıldığı və problemli kreditlərdə artım olduğu" vurğulanıb.

Xatırladaq ki "T-Bank"(Türklandbank), "Türk Telekom"un əsas ortağı Livanlı Hariri ailəsinə məxsus maliyyə qurumudur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi