Yuxarı

Türkiyədə avronun məzənnəsi tarixi rekord həddə çatıb

Türkiyədə avronun məzənnəsi tarixi rekord həddə çatıb

64

Avro ilin sonuna qədər 4,60 lirəyə qədər yüksələ bilər

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Türkiyədə avronun nağd valyuta bazarında məzənnəsi 4,5053 lirə səviyyəsinə yüksələrək tarixi rekord həddə çatıb.

"Report" xəbər verir ki, buna səbəb Türkiyədə bu gün açıqlanan yüksək inflyasiya göstəricisi olub. Belə ki, oktyabr ayında Türkiyədə illik inflyasiya 11,9% təşkil edərək son 9 ilin maksimumuna yüksəlib.

Nəticədə Türkiyənin nağd valyuta bazarında dollar və avronun məzənnəsi artmağa başlayıb. USD/TRY məzənnəsi də bugünkü hərraclarda 1,5% artaraq 3,86 lirə səviyyəsinə çatıb. Qeyd edək ki, Türkiyədə dolların tarixi rekord həddi yanvar ayının ilk günlərində qeydə alınıb və 3,9423 lirə təşkil edib.

"Report"un analitik qrupu TRY/USD-nin ilin sonuna qədər 4,05, TRY/EUR-un isə 4,60 səviyyəsinə yüksələcəyini istisna etmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi