​Türkiyədə 4,6 mln. nəfər tibbi sığorta xidmətindən məhrum edilə bilər

​Türkiyədə 4,6 mln. nəfər tibbi sığorta xidmətindən məhrum edilə bilər Yaşı 25-dən çox olan 4,557 mln. nəfər tibbi sığorta haqqını ödəyə bilmir
Maliyyə
11 İyun , 2016 18:07
​Türkiyədə 4,6 mln. nəfər tibbi sığorta xidmətindən məhrum edilə bilər

Bakı. 11 iyun. REPORT.AZ/ Türkiyədə 5 mln.-a yaxın vətəndaşa tibbi sığorta xidmətinin göstərilməsi dayandırıla bilər. "Report"un Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, buna səbəb onların sığorta haqqını ödəməməsidir.

Hazırda Türkiyədə yaşı 25-dən çox olan və işləməyən 5,113 mln. insan var. Bunun isə cəmi 556 mini tibbi sığorta xidmətinə görə ödəniş edə bilir. Qalan 4,557 mln. nəfər tibbi sığorta haqqını ödəyə bilmir və dövlətə borcludur. Yaşı 25-dən az olanların isə borcunu dövlət silir.

Türkiyə hökuməti tibbi sığortaya görə borcu olan vətəndaşlara iyun ayının sonuna qədər vaxt verib. Qarşıdakı 20 gün ərzində borcunu ödəyə bilməyənlər sığorta xidmətindən məhrum ediləcəklər. Bu qadağa vəziyyəti ağır olanlara aid edilməyəcək.

Bununla belə, güzəşt müddətinin uzadılacağı da istisna edilmir. Sığorta haqqını ödəyə bilməyənlərə ötən ilin sonuna qədər vaxt verilsə də, sonradan bu möhlət daha 6 ay uzadılıb.

Son xəbərlər

Orphus sistemi