Türkiyə və Rusiyada dollar bahalaşır

Türkiyə və Rusiyada dollar bahalaşır Buna Türkiyə tərəfinin Rusiya təyyarəsini vurması səbəb olub
Maliyyə
24 Noyabr , 2015 15:08
Türkiyə və Rusiyada dollar bahalaşır

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin sərhədi pozan Rusiyaya məxsus hərbi təyyarəni vurmasından sonra hər iki ölkənin fond indeksləri və milli valyutalarının zəifləməsi müşahidə olunur. Bu dəqiqələrdə Rusiyanın əsas fond indeksi olan RTS dünənə nisbətən 4% azalaraq 860 bəndə enib. Rusiyada dolların məzənnəsi isə son bir gündə 0,5% artaraq 66,5 RUB/USD-yə yüksəlib.

"Report" xəbər verir ki, Türkiyənin əsas fond indeksi olan BIST-100 isə bu dəqiqələrdə 1,4% azalaraq 78 600 səviyyəsinə enib, valyuta bazarlarında isə dollar dünənə nisbətən 1% bahalaşaraq 2,88 TRY/USD-yə çatıb.

Ekspertlər bu hadisənin təkrarlanmayacağı halda, mənfi təsirin müvəqqəti olacağını bildiriblər. Əks halda, münaqişənin davam etməsi hər iki ölkənin maliyyə bazarlarına ciddi təsir edə bilər. 

Qeyd edək ki, hazırda Rusiya tərəfinin hadisə ilə bağlı rəsmi bəyanatı gözlənilir.

Son xəbərlər

Orphus sistemi