Türkiyənin ÜTT-də ABŞ-a qarşı iddiası təmin olunub

Türkiyənin ÜTT-də ABŞ-a qarşı iddiası təmin olunub Bakı. 19 dekabr. REPORT.AZ/ Ötən gün Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ümumdünya Ticarət Təşkilatının ticarət sahəsində mübahisələrin həlli üzrə anlaşma çərçivəsində ABŞ-a qarşı ilk məhkəmə çəkişməsində qələbə çaldıqlarını bildirib.
Maliyyə
19 Dekabr , 2018 19:29
Türkiyənin ÜTT-də ABŞ-a qarşı iddiası təmin olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Ötən gün Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ümumdünya Ticarət Təşkilatının ticarət sahəsində mübahisələrin həlli üzrə anlaşma çərçivəsində ABŞ-a qarşı ilk məhkəmə çəkişməsində qələbə çaldıqlarını bildirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, nazir ABŞ-da Türkiyə istehsalı olan neft borularının idxalına 15 faizədək rüsum tətbiq edilməsi ilə bağlı ölkəsinin qaldırdığı iddianın qəbul olunduğunu deyib.

Eyni zamanda Türkiyə tərəfinin ABŞ hökumətinin tətbiq etdiyi rüsumların ÜTT razılaşmaları və qaydalarına zidd olduğu qənaətinə gəlindiyini diqqətə çatdırıb.

Bununla yanaşı, türkiyəli nazir daha səkkiz ölkə ilə birlikdə dəmir və polad məhsullarına ABŞ tərəfindən əlavə gömrük rüsumlarının tətbiqi ilə əlaqədar da ÜTT-də müvafiq prosedurun davam etdiyini bildirib.

Martın 23-də ABŞ Türkiyə də daxil olmaqla bəzi ölkələrdən polad idxalına 25 faiz, alüminium idxalına 10 faiz əlavə gömrük rüsumu tətbiq etmişdi. Bununla bağlı Türkiyənin polad məhsulları rəqabətdə xeyli zəifləyərək ABŞ bazarında mövqeyini itirmişdi. İyun ayında ABŞ bütün ölkələrə eyni rüsum tətbiq etməyə başlayanda isə Türkiyə də əldən verdiyi bazarlarda əvvəlki mövqelərini bərpa etməyə başlayıb.

Avqustun 13-dən ABŞ Türkiyədən polad və alüminium idxalına rüsumları ikiqat artıraraq müvafiq olaraq 50 və 20%-ə çatdırmışdı.

Son xəbərlər

Orphus sistemi