Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxarıb

Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxarıb Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı ölkənin qızıl ehtiyatlarını ABŞ-ın Federal Ehtiyatlar Sistemindən (FED) çıxarıb.
Maliyyə
20 Aprel , 2018 15:32
Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxarıb

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı ölkənin qızıl ehtiyatlarını ABŞ-ın Federal Ehtiyatlar Sistemindən (FED) çıxarıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, Türkiyənin FED-də 28,689 ton qızıl ehtiyatı olub.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında münasibətlər rəsmi Vaşinqtonun Suriya kürdlərinə dəstək verməsi ilə pisləşib. Həmçinin iki ölkə arasında əlaqələrin pisləşməsinə ABŞ-da türk bankir Mehmet Hakan Atillanın həbs edilməsi də təsir göstərib. ABŞ prokurorluğu ona 20 il həbs cəzasının verilməsini tələb edir. Atilla iranlı iş adamlarına sanksiyalardan yayınma planında iştirakına görə mühakimə olunur. Bu işdə ondan başqa, Türkiyənin sabiq iqtisadiyyat naziri Zafer Çağlayan, “Halkbank”ın keçmiş rəhbəri Süleyman Aslan və daha 2 dövlət qulluqçusu ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi