Türkiyə Prezidenti “Ziraat Bank Azerbaijan”ın baş ofisinin açılışında iştirak edəcək - EKSKLÜZİV

Türkiyə Prezidenti “Ziraat Bank Azerbaijan”ın baş ofisinin açılışında iştirak edəcək - EKSKLÜZİV Açılış mərasimi sabah baş tutacaq
Maliyyə
30 Oktyabr , 2017 15:47
Türkiyə Prezidenti “Ziraat Bank Azerbaijan”ın baş ofisinin açılışında iştirak edəcək - EKSKLÜZİV
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Brendan McDermid

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sabah “Ziraat Bank (Azerbaijan)” ASC-nin Bakıdakı baş ofisinin rəsmi açılışı olacaq.

“Report”un əldə etdiyi məlumata görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, "Ziraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Ziraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi