​Türkiyə ölkəyə nağd pulun gətirilməsi limitini ləğv edib

​Türkiyə ölkəyə nağd pulun gətirilməsi limitini ləğv edib Əvvəllər bu məhdudiyyət 10 min avroya bərabər olub
Maliyyə
1 May , 2015 17:39
​Türkiyə ölkəyə nağd pulun gətirilməsi limitini ləğv edib

Bakı. 1 may. REPORT.AZ/ Türkiyə Gömrük Nazirliyinin yeni qərarı ilə ölkəyə gələn şəxslər gömrük məntəqələrində heç bir bəyanat təqdim etmədən sərbəst şəkildə istənilən miqdarda nağd pul gətirə bilərlər.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bundan öncə, 2013-cü ildə imzalanan analoji qərara əsasən, terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınması məqsədilə bir çox qadağa və məhdudiyyətlər tətbiq olunub. Əvvəllər pulun miqdarından asılı olmayaraq, hər kəs ölkəyə daxil olarkən üzərində olan maliyyə vəsaitləri haqqında məlumat verməli idi. Avropa İttifaqının qanunvericiliyinə uyğun olaraq, 10 min avrodan artıq nağd pul olduğu halda, bu, yazılı şəkildə bildirilməli idi, gəlirin mənbəyi şübhə yaradarsa, ölkəyə gətirilən pul göstərilən məbləğdən 2 500 türk lirəsi çox olardısa, pulun sahibinə məbləğin 10%-i cəza tətbiq oluna bilərdi və məsələyə Maliyyə Cinayətlərinin Araşdırma Heyəti (MASAK) qarışırdı.

Müzakirə vaxtı ölkəyə gətiriləcək nağd pulun miqdarının sərbəst buraxılması, Avropa İttifaqının tələblərinə zidd olduğu iddiasına cavab olaraq, qərarda nağd pulun miqdarından asılı olmayaraq istisna hal yaranmazsa, heç bir bəyanata ehtiyac yoxdur deyə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi