Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 384 milyon ABŞ dolları, yaxud 0,4% azalaraq 102,760 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
13 Fevral , 2020 16:26
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 384 milyon ABŞ dolları, yaxud 0,4% azalaraq 102,760 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 28,298 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 778 milyon dollar, yaxud 2,8% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 394 milyon dollar, yaxud 0,5% azalaraq 74,462 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi