Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,404 milyard ABŞ dolları, yaxud 1,6% azalaraq 84,429 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
22 May , 2020 16:26
Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,404 milyard ABŞ dolları, yaxud 1,6% azalaraq 84,429 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 35,535 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 851 milyon ABŞ dolları, yaxud 2,6% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,255 milyard ABŞ dolları, yaxud 4,4% azalaraq 48,894 milyard ABŞ dolları təşkil edib.

İngilis versiyası Turkey's gold reserves up

Son xəbərlər

Orphus sistemi