Bakı. 20 mart. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının məcmu ehtiyatları Həftəlik Pul və Bank Statistikasına əsasən martın 13-də bitən həftədə 2,065 mlrd. dollar azalaraq 125,795 mlrd. dollara düşüb.
"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ümumi valyuta ehtiyatları isə martın 13-də bitən həftədə 2,054 mlrd. dollar azalaraq 108,016 mlrd. dollardan 105,962 mlrd. dollara enib.
Bu müddət ərzində qızıl ehtiyatları 11 mln. dollar azalaraq 19,833 mlrd. dollar təşkil edib.