Yuxarı
    Bağlamaq

    Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

    Proqnoz: Dolların məzənnəsi artmağa meylli olacaq

    Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün, yanvarın 24-də keçirdiyi növbəti iclasında uçot dərəcəsi kimi qəbul olunan bir həftəlik repo əməliyyatları üzrə faiz dərəcəsini dəyişdirməyərək 8%, gec likvidlik faizi dərəcəsini artıraraq 10%-dən 11%-ə, faiz dəhlizinin üst həddini 8,5%-dən 9,25%-ə yüksəldib.

    Nəticədə, Türkiyədə dolların məzənnəsi bir neçə dəqiqə ərzində 2,4% artaraq 3,74 TRY/USD-dən 3,83 TRY/USD-yə yüksəlib. 

    "Report"un analitik qrupu dolların məzənnəsinin növbəti iclasa qədər artmağa davam edəcəyini və 4,00 TRY/USD səviyyəsini keçəcəyini ehtimal edir. Hazırda TRY/USD məzənnəsi 3,80 səviyyəsindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi