Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb "Report": İlkin mərhələdə dollar ucuzlaşsa da, perspektivdə məzənnənin 4,00 TRY/USD həddini keçəcəyi gözlənilir
Maliyyə
18 Yanvar , 2018 16:18
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizlərini sabit saxlayıb.

"Report" xəbər verir ki, bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) sabit saxlanılıb. 

Qeyd edək ki, əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini 7,25% və 9,25%-də sabit saxlayıb, GLP-ni isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb.

TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasəti davam etdirmək niyyətindədir.

TCMB-nin qərarı Türkiyədə dolların məzənnəsinə təsir etməyib və məzənnə 3,79 lirə səviyyəsində sabit qalıb.

"Report"un analitik qrupu dolların Türkiyədə 3,65 lirəyə qədər ucuzlaşa biləcəyini, lakin geosiyasi risklər səbəbindən perspektivdə 4,00 TRY/USD səviyyəsini keçəcəyini ehtimal edir.

Son xəbərlər

Orphus sistemi