Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Proqnoz: Lirənin möhkəmlənməsi müvəqqətidir, dollar yenidən bahalaşacaq
Maliyyə
20 Oktyabr , 2016 15:50
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TMB) bu gün, oktyabrın 20-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da TMB repo əməliyyatları üzrə faiz dərəcəsini 7,5%-də, uçot dərəcəsi üzrə dəhlizin aşağı həddini 7,25%, yuxarı həddini isə 8,25%-də təsdiqləyib. Bank bu addımını son zamanlar açıqlanan iqtisadi göstəricilərin, iqtisadi fəaliyyətin yavaşlamasına baxmayaraq valyuta məzənnəsinə təzyiqlərin olması ilə izah edib.

Açıqlamadan sonra TRY/USD məzənnəsi 0,14% azalaraq 3,0570 səviyyəsinə enib. 

"Report"un analitik qrupu türk lirəsinin çox möhkəmlənməyəcəyini, yenidən ucuzlaşmağa davam edəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi