Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
16 Yanvar , 2019 15:41
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin indiki 24% səviyyəsində saxlanılmasına qərar verilib.

Bununla da, iqtisadçıların gözləntiləri özünü doğruldub.

Türkiyədə dolların məzənnəsi bu qərara ilk reaksiya olaraq 5,41 lirədən 5,38 lirəyə düşüb.

Xatırladaq ki, TMB-nin ötən il sentyabrın 13-də keçirilmiş iclasında uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%çatdırılıb

Son xəbərlər

Orphus sistemi