Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
19 Fevral , 2020 15:03
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 11,25%-dən 10,75%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin ötən il iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə, oktyabrın 24-də keçirilmiş iclasında 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə, dekabrın 12-də keçirilmiş iclasında 2 faiz bəndi azaldılaraq 14%-dən 12%-ə, bu il yanvarın 16-da keçirilmiş iclasında isə 0,75 faiz bəndi azaldılaraq 11,25%-ə endirilmişdi.

Son xəbərlər

Orphus sistemi