Türkiyə Mərkəzi Bankı faiz dəhlizini daraldıb

Türkiyə Mərkəzi Bankı faiz dəhlizini daraldıb Bununla da, faiz dəhlizi tarixi dar çərçivəyə salınıb
Maliyyə
21 İyun , 2016 15:37
Türkiyə Mərkəzi Bankı faiz dəhlizini daraldıb

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TMB) faiz dəhlizinin yuxarı həddini bu gündən etibarən 0,5 bənd endirərək 9%-ə salıb. 

"Report" xəbər verir ki, TMB özünün borclanma dərəcəsini 7,25%-də, uçot dərəcəsi kimi qəbul edilən 1-həftəlik repo dərəcəsini isə 7,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, Türkiyənin maliyyə bazarları da TMB-dən bu qərarın veriləcəyini gözləyirdi. Bununla da, TMB faiz dəhlizini tarixi dar çərçivəyə salıb.

TMB-nin qərarı Türkiyənin fond bazarına müsbət təsir edib. Qərardan sonra BİST-100 indeksi 0,7% yüksələrək 78 000 həddini keçib.

Son xəbərlər

Orphus sistemi