Türkiyə Mərkəzi Bankı 2017-ci il üçün proqnozlarını yeniləyib

Türkiyə Mərkəzi Bankı 2017-ci il üçün proqnozlarını yeniləyib Türkiyə iqtisadiyyatının bu il 2,9% artacağı gözlənilir
Maliyyə
14 Mart , 2017 10:40
Türkiyə Mərkəzi Bankı 2017-ci il üçün proqnozlarını yeniləyib

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) proqnozlarla bağlı mart hesabatını açıqlayıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, 2017-ci ilin sonunda ABŞ dollarının məzənnəsi 3,8495 TRY/USD təşkil edəcək. Qeyd edək ki, fevral proqnozunda bu göstərici 3,8807 TRY/USD-yə bərabər olub.

İlin yekununda inflyasiya göstəricisi əvvəlki hesabatda 8,87% olduğu halda, martda 9,08%-ə yüksəldilib.

Hesabata əsasən, Türkiyənin 2017-ci ildə iqtisadi artım tempi 2,9% səviyyəsində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi