Türkiyə lirəsi ucuzlaşmağa davam edir

Türkiyə lirəsi ucuzlaşmağa davam edir Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının vaxtından əvvəl uçot dərəcəsini azaldacağı ilə bağlı narahatlıq və beynəlxalq maliyyə bazarlarının təzyiqi ilə lirə qonşu ölkədə dollar qarşısında ucuzlaşmağa davam edir.
Maliyyə
5 Dekabr , 2018 11:01
Türkiyə lirəsi ucuzlaşmağa davam edir
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının vaxtından əvvəl uçot dərəcəsini azaldacağı ilə bağlı narahatlıq və beynəlxalq maliyyə bazarlarının təzyiqi ilə lirə qonşu ölkədə dollar qarşısında ucuzlaşmağa davam edir. 

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, ötən gün banklararası valyuta bazarında USD/TRY nisbəti 5,46-ya yüksəlib və günün sonunda 5,39-a düşüb. Bu gün səhər saatlarından isə lirə yenidən dəyər itirib və hazırda Türkiyədə 1 dollar 5,43 lirəyə bərabərdir. 

Qeyd edək ki, Amerika valyutası dekabrın 3-də açıqlanmış inflyasiya məlumatlarından sonra bahalaşmağa başlayıb. Bu gün açıqlanacaq "2019-cu il Pul və Məzənnə Siyasəti"ni də bazar iştirakçıları maraqla gözləyir.

İngilis versiyası TRY rate keeps going down

Son xəbərlər

Orphus sistemi