Bakı. 29 mart. REPORT.AZ/ Türkiyə iqtisadiyyatı 2017-ci ildə 7,4% artım nümayiş etdirib.
"Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.
Məlumatda o da bildirilir ki, ötən ilin yekununda Türkiyədə adambaşına düşən gəlir 10 597 ABŞ dolları təşkil edib.
İl ərzində qonşu ölkədə kənd təsərrüfatı sektoru 4,7%, sənaye sektoru 9,2%, xidmət sektoru isə 12% böyüyüb.
2017-ci ildə türkiyə əhalisinin istehlak xərcləri 6,1% artıb.