Türkiyə iqtisadiyyatı ötən il 7%-dən çox böyüyüb

Türkiyə iqtisadiyyatı ötən il 7%-dən çox böyüyüb Qonşu ölkədə adambaşına düşən milli gəlir 11 min dollara yaxın olub
Maliyyə
29 Mart , 2018 12:07
Türkiyə iqtisadiyyatı ötən il 7%-dən çox böyüyüb

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyə iqtisadiyyatı 2017-ci ildə 7,4% artım nümayiş etdirib. 

"Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. 

Məlumatda o da bildirilir ki, ötən ilin yekununda Türkiyədə adambaşına düşən gəlir 10 597 ABŞ dolları təşkil edib.

İl ərzində qonşu ölkədə kənd təsərrüfatı sektoru 4,7%, sənaye sektoru 9,2%, xidmət sektoru isə 12% böyüyüb. 

2017-ci ildə türkiyə əhalisinin istehlak xərcləri 6,1% artıb. 

Son xəbərlər

Orphus sistemi