Yuxarı

Türkiyə hökuməti ölkədəki iqtisadi vəziyyətlə bağlı qəbul olunmuş fəaliyyət planını genişləndirib

Türkiyə hökuməti ölkədəki iqtisadi vəziyyətlə bağlı qəbul olunmuş fəaliyyət planını genişləndirib

Bakı. 17 avqust. REPORT.AZ/ Türkiyə Xəzinə və Maliyyə Nazirliyi ölkədəki iqtisadi vəziyyətlə bağlı bir müddət əvvəl qəbul etdiyi fəaliyyət planına 5 yeni maddə əlavə edib. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, həmin maddələr bankların və real sektorunun problemlərini azaltmaq məqsədi daşıyır. 

Yenilənmiş fəaliyyət planına əsasən, bundan sonra dövlətin kredit kanalları açıq qalmaqda davam edəcək, şirkətlərə nağd pul axınının dayanıqlığını təmin etmək üçün kreditlərin qaytarılması və qiymətləndirməsi prosesində çeviklik qorunacaq, kreditlərə limit qoyulması məsələsi nəzərdən keçirilməyəcək.

Bundan başqa, şirkətlərdən kredit götürülməsi ilə bağlı zamin stənilməyəcək,. İş adamları avqustun 8-dən sonra yaranmış iqtisadi vəziyyətlə bağlı vaxtı keçmiş kreditlər barədə məlumatları və şikayətlərini risklərin idarəedilməsi mərkəzinə ötürə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi