Türkiyə Hesablama Məhkəməsinin auditorları Azərbaycanda həmkarları ilə görüşüblər

Türkiyə Hesablama Məhkəməsinin auditorları Azərbaycanda həmkarları ilə görüşüblər Bakıda beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələr və tədbirlərlə bağlı təqdimatlar edilib
Maliyyə
27 May , 2016 13:30
Türkiyə Hesablama Məhkəməsinin auditorları Azərbaycanda həmkarları ilə görüşüblər

Bakı. 27 may. REPORT.AZ/ Türkiyə Hesablama Məhkəməsinin 3-cü dairə rəhbəri Ahmet Kartalın rəhbərlik etdiyi 11 nəfərlik nümayəndə heyəti Azərbaycan Hesablama Palatasında olub. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla keçirilən görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Hesablama Məhkəməsinin auditorları azərbaycanlı həmkarları ilə də görüşüblər, fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə Palatanın fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar, strukturu və nəzarət fəaliyyəti, həmçinin audit tədbirlərinin keçirilmə prosedurları ilə bağlı məlumat verilib. Hesablama Palatasının parlamentlə münasibətləri və fəaliyyətinin əsas nəticələri üzrə hazırlanan rəylər və hesabatlar barədə, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələr və tədbirlərlə bağlı təqdimatlar edilib.

Son xəbərlər

Orphus sistemi