Türkiyə əsas birja indeksinin denominasiyasına hazırlaşır

Türkiyə əsas birja indeksinin denominasiyasına hazırlaşır Bundan əvvəl belə analoji hadisə 1997-ci ildə baş verib
Maliyyə
29 May , 2017 13:11
Türkiyə əsas birja indeksinin denominasiyasına hazırlaşır

Bakı. 29 may. REPORT.AZ/ İstanbul Birjası 100 min bəndə yaxınlaşan "BİST-100" indeksindən iki sıfırın atılması üçün çalışmalara başlayıb. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu barədə açıqlama Birjanın sədri Himmət Karadağ tərəfindən verilib. 

"Borsa İstanbul"un İdarə Heyətinin sədri bildirib ki, 100 min bəndinə yaxınlaşan indeksdən sıfırların silinməsi maliyyə bazarları tərəfindən müsbət qarşılanır. Belə ki, 100 000 həddini keçmək psixoloji baxımından çətin olsa da, iki sıfır silindikdən sonra 1 000 həddini keçmək maliyyə bazarının iştirakçıları tərəfindən daha rahat qəbul edilir. Hazırda "BİST-100" indeksinin qiyməti 97 700 bəndə yaxındır. 

Qeyd edək ki, 1986-cı ildə fəaliyyətə başlayan İstanbul Birjasında 1997-ci ildə də analoji hadisə baş verib - indeksdən 2 sıfır silinib.

Son xəbərlər

Orphus sistemi