​Türkiyə bankları kreditləri ucuzlaşdıracaq

​Türkiyə bankları kreditləri ucuzlaşdıracaq Türkiyənin Bankların Fəaliyyətinə Nəzarət Şurasında ölkənin bank rəhbərləri ilə görüş keçirilib
Maliyyə
6 Avqust , 2016 17:19
​Türkiyə bankları kreditləri ucuzlaşdıracaq

Bakı. 6 avqust. REPORT.AZ/ Türkiyənin Bankların Fəaliyyətinə Nəzarət Şurasında (BDDK) ölkənin bank rəhbərləri ilə görüş keçirilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bankirlərin bir araya gətirilməsinə səbəb prezident Rəcəb Tayyib Ərdoğanın ölkə banklarına ipoteka kreditlərinin illik faiz dərəcəsini 9%-ə endirməklə bağlı tövsiyəsidir.

Görüşdə BDDK-nın rəhbəri Mehmet Ali Akben bank sahiblərinə müraciət edərək, onları nəinki ipoteka, digər kreditləri də ucuzlaşdırmağa çağırıb: "Bu, bütün banklar üçün faydalı olacaq. Tədricən xarici banklar da faizləri azaldacaq".

Bank rəhbərləri ucuzlaşma ilə bağlı təklifə müsbət yanaşıblar və bu istiqamətdə iş aparacaqlarını deyiblər. 

Son xəbərlər

Orphus sistemi