Türk lirəsi bir qədər ucuzlaşıb

Türk lirəsi bir qədər ucuzlaşıb Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın amerikalı rahib Endryu Bransonun azad edilməsi məsələsində Türkiyəyə daha heç bir güzəştin edilməyəcəyi barədə açıqlamasından sonra türk lirəsi ABŞ dolları qarşısında bir qədər də ucuzlaşıb.
Maliyyə
21 Avqust , 2018 13:16
Türk lirəsi bir qədər ucuzlaşıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın amerikalı rahib Endryu Bransonun azad edilməsi məsələsində Türkiyəyə daha heç bir güzəştin edilməyəcəyi barədə açıqlamasından sonra türk lirəsi ABŞ dolları qarşısında bir qədər də ucuzlaşıb. 

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, TRY/USD nisbəti 6,09-dan 6,16-ya yüksəlib. Hələ ki, Türkiyə rəsmiləri D.Trampın bəyanatına şərh verməyiblər.

Dövlət başçısı müsabihəsində həmçinin tutduğu sərt mövqeyin Avropanın maliyyə bazarınlarına vura biləcəyi zərərlə maraqlanmadığını da deyib. 

Son xəbərlər

Orphus sistemi