Yuxarı

Turizmin inkişafı ilə əlaqədar sahibkarlara güzəştli kreditlər verilib

Turizmin inkişafı ilə əlaqədar sahibkarlara güzəştli kreditlər verilib

37

Bakı. 28 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi istiqamətində növbəti işgüzar forumu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 220 min manat güzəştli kredit verilib. Güzəştli kreditlər heyvandarlıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılmış müalicə-sağlamlıq kompleksində, 300 başlıq cins heyvandarlıq təsərrüfatında aparılan işlərə və 602 hektar ərazidə aqroparka baxış keçirilib.

Forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152,5 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 19,2 mln. manat güzəştli kredit verilib. Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək İsmayıllı rayonunda 500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 22,8 mln. manat güzəştli kredit ayrılıb.

Qeyd edilib ki, hazırda İsmayıllı rayonunda 114 otaqlı beynəlxalq tələblərə uyğun müalicə-sağlamlıq kompleksi yaradılır. Turizmin inkişafı ilə əlaqədar indiyədək, ümumilikdə, 190-a yaxın sahibkara 41,4 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırıması 4500-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi