​"Turanbank" yeni kredit kampaniyası keçirir

​"Turanbank" yeni kredit kampaniyası keçirir Bank XİN əməkdaşlarına istehlak kreditlərinə endirim təklif edir
Maliyyə
8 İyul , 2015 14:10
​Turanbank yeni kredit kampaniyası keçirir

Bakı. 8 iyul. REPORT.AZ/ "Turanbank" ASC peşə bayramları münasibətilə Xarici İşlər Nazirliyinin əməkdaşları üçün iyulun 9-13-də mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. Bank, müştərilərə müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Hazırda "Turanbank"ın 16 xidmət nöqtəsi (9-u regionlarda) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, hər il 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi