​"Turanbank" xaricdən yeni kredit cəlb edib

​"Turanbank" xaricdən yeni kredit cəlb edib Bank "Guevoura Fund" ilə ikinci sazişini imzalayıb
Maliyyə
21 Dekabr , 2015 10:17
​Turanbank xaricdən yeni kredit cəlb edib

Bakı. 21 dekabr. REPORT.AZ/ "Turanbank" ASC mikromaliyyə portfelini genişləndimək məqsədilə Frankfurt Maliyyə Xidmətləri Məktəbinin dəstəyi ilə "Guevoura Fund Ltd." ilə 3 il müddətinə 2,2 mln. ABŞ dolları həcmində kredit sazişi imzalayıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, sazişə əsasən, "Guevoura Fund Ltd." nəzərdə tutulan öhdəliklərin və digər aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün öz səlahiyyətlərini "GLS Alternative Investments" şirkətinə ötürür və icraçı olaraq bu qurumu təyin edir.

Qeyd edək ki, bu, "Turanbank"ın "Guevoura" Fondu ilə imzaladığı sayca ikinci sazişdir. Ötən ilin dekabr ayında Fond Bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 mln. dollar həcmində maliyyə resursu ayırıb.

Fondun əsas fəaliyyət istiqaməti müştərilərə vəsaitlərin və investisiya fəaliyətinin idarə olunması kimi maliyyə xidmətləri göstərilməsi, eləcə də mikro maliyyə layihələrinin maliyyələşdirilməsidir.

Son xəbərlər

Orphus sistemi