​"Turanbank" xaricdən yeni kredit cəlb edib

​"Turanbank" xaricdən yeni kredit cəlb edib "Turanbank" ECO Ticarət və İnkişaf Bankından 2 mln. dollar həcmində vəsait cəlb edib
Maliyyə
9 Aprel , 2015 10:03
​Turanbank xaricdən yeni kredit cəlb edib

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanın "Turanbank" ASC ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndimək məqsədilə 2 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb.

"Report"un "Turanbank"a istinadən verdiyi xəbərə görə, cəlb olunan vəsaitlər Azərbaycanda idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

Bu, Azərbaycan bankının ECO Ticarət və İnkişaf Bankı ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank, ötən il bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndimək məqsədilə 4 il müddətinə 3 mln. dollar həcmində vəsait cəlb edib.

Qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Türkiyədir. Bank, region ölkələrində ictimai və özəl sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi