"Turanbank" ötən il 1,1 mln. manat zərər edib

"Turanbank" ötən il 1,1 mln. manat zərər edib Bank xarici valyuta mübadiləsindən 1,6 mln. manat zərər edib
Maliyyə
22 İyun , 2016 12:04
Turanbank ötən il 1,1 mln. manat zərər edib

Bakı. 22 iyun. REPORT.AZ/ "Turanbank" ASC 2015-ci ildə 1,132 mln. manat zərər edib. Əvvəlki ildə isə Bank 5,563 mln. manat mənfəət əldə etmişdir. "Report"un 2015-ci il audit hesabatına əsasən verdiyi xəbərə görə, mənfəət vergisindən əvvəl zərəri 1,301 mln. manat olub.

Bankın faiz mənfəəti (faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə zərərindən əvvəl) 8,25% artaraq 16,006 mln. manata çatıb. Ümumilikdə isə faiz gəlirləri 24,41% artaraq 35,174 mln. manat, faiz xərcləri 42,12% artaraq 19,168 mln. manat təşkil edib. Faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə zərəri 5,604 mln. manat olub. Faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə zərərindən sonra isə faiz mənfəəti 24,33% azalaraq 10,402 mln. manata enib.

Bu müddətdə Bankın qeyri-faiz mənfəəti  2,3 dəfə azalaraq 1,872 mln. manata enib. Haqq və komissiya gəlirləri 17,57% azalaraq 3,172 mln. manat, haqq və komisiyya xərcləri 39,1% artaraq 922 min manata çatıb.

Bununla yanaşı, 2015-ci ildə "Turanbank" xarici valyuta ilə ticarət əməliyyatlarından 1,204 mln. manat mənfəət əldə edib, xarici valyuta mübadiləsi əməliyyatları üzrə isə 1,584 mln. manat zərər edib.

Son xəbərlər

Orphus sistemi