​"Turanbank" nizamnamə kapitalını artırır

​"Turanbank" nizamnamə kapitalını artırır Bankın nizamnamə kapitalı 50 mln. manatı keçəcək
Maliyyə
16 May , 2015 08:18
​Turanbank nizamnamə kapitalını artırır

Bakı. 16 may. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Turanbank” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi 3 mln. 386 manat təşkil edir.

Emissiyanın anderrayteri qismində "AzFinance İnvest"MMC çıxış edəcək.

Bildirək ki, tam yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 50 mln. manatı ötəcək. Cari il aprelin 1-nə banklın nizamnamə kapitalı 47 mln. 2,1 min manat, məcmu kapitalı 53 mln. 426 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi