Yuxarı

​"TuranBank" milli təhlükəsizlik orqanları işçilərinə kredit faizlərində 3% endirim elan edib

Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür

Bakı. 28 mart. REPORT.AZ/ "TuranBank" ASC milli təhlükəsizlik orqanları işçilərinə bayramları münasibətilə 29-31 mart tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanına əsasən, 28 mart Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi