"Turanbank"ın kollektivinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

"Turanbank"ın kollektivinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib Bakı. 16 aprel. REPORT.AZ/ TuranBank ASC-nin kollektivinin təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə ənənəvi xeyriyyə qanvermə aksiyası keçirilib.
Maliyyə
16 Aprel , 2018 13:31
Turanbankın kollektivinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ "TuranBank" ASC-nin kollektivinin təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə ənənəvi xeyriyyə qanvermə aksiyası keçirilib. 

Respublika Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti altında həyata keçirilən aksiyada Bankın struktur bölmələrinin əlli nəfərə yaxın əməkdaşı həvəslə iştirak edib.

Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təmənnasız qan yardım etməkdən ibarət olub.

Qeyd edək ki, donorluq Bankın "Korporativ Sosial Məsuliyyət" proqramının ən vacib tərkib hissələrindən biridir. Artıq bir neçə il ardıcıl olaraq Bankın kollektivi qanvermə aksiyalarında yaxından iştirak edir. Bu il keçirilən qanvermə aksiyası da Bank əməkdaşlarının aktiv iştirakı ilə yadda qalıb.

Bank bu cür layihələrlə yanaşı, "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi