"Turanbank"ın İdarə Heyətinin sədri dəyişib

"Turanbank"ın İdarə Heyətinin sədri dəyişib Yeni sədr indiyə qədər Bankın Müşahidə Şurasının üzvü olub
Maliyyə
10 Noyabr , 2016 11:18
Turanbankın İdarə Heyətinin sədri dəyişib

Bakı. 10 noyabr. REPORT.AZ/ "Turanbank" ASC-nin səhmdarlarının 14 oktyabr 2016-cı il tarixli qərarı ilə bankın idarəetmə orqanlarının tərkibində dəyişiklik edilib. 

Bu barədə "Report"a "Turanbank"dan bildirilib.

Məlumata görə, bankın İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən Nazim Sadıqov "Turanbank"ın Müşahidə Şurasına (MŞ) üzv seçilib, 2011-ci ildən MŞ-nin üzvü olan Rauf Kazımov isə İH-nin sədri vəzifəsinə təyin olunub. 

Eyni zamanda, İH sədrinin müavini Fəzail Musayev İH sədrinin birinci müavini vəzifəsinə gətirilib. 

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi