“Turanbank”ın departament direktoru işdən çıxıb

“Turanbank”ın departament direktoru işdən çıxıb Zaur Əliyevi müvəqqəti olaraq İlyas Qocayev əvəz edir
Maliyyə
24 Fevral , 2017 15:35
“Turanbank”ın departament direktoru işdən çıxıb

Bakı. 24 fevral. REPORT.AZ/ “Turanbank” ASC-nin Kreditlərə nəzarət Departamentinin direktoru Zaur Əliyev işdən çıxıb.

“Report”un məlumatına görə, hazırda onu müvəqqəti olaraq adı çəkilən Departamentin direktor müavini İlyas Qocayev əvəz edir.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,004 mln. manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.  

Son xəbərlər

Orphus sistemi