"Turanbank"ın aktivləri azalıb

"Turanbank"ın aktivləri azalıb Bakı. 16 oktyabr. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,2% azalaraq bu il oktyabrın 1-nə 513 967 min manat təşkil edib. Hesabat dövründə Turanbankın kredit portfeli 4,1% artaraq 290 113 min manat olub.
Maliyyə
16 Oktyabr , 2018 13:55
Turanbankın aktivləri azalıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,2% azalaraq bu il oktyabrın 1-nə 513 967 min manat təşkil edib. Hesabat dövründə "Turanbank"ın kredit portfeli 4,1% artaraq 290 113 min manat olub.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Son 1 ildə bankın cəmi öhdəlikləri 2,4% azalaraq 454 972 min manat, o cümlədən depozit portfeli 0,6% artaraq 253 314 min manat olub. Sentyabrın sonuna "Turanbank"ın nizamnamə kapitalı 55 003 min manat, cəmi kapitalı isə 58 995 min manat təşkil edib. "Turanbank" 2018-ci ilin yanvar-sentyabr aylarında 65 min manat mənfəət əldə edib.

Bu il yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 22 907 min manat, faiz xərcləri 15 961 min manat, qeyri-faiz gəlirləri 2 380 min manat, qeyri-faiz xərcləri isə 8 629 min manat təşkil edib. 

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bank 379 min manat zərər edib.

Son xəbərlər

Orphus sistemi