"Turan Bank"ın aktivləri bu il 39% artıb

"Turan Bank"ın aktivləri bu il 39% artıb Ötən ilin müvafiq dövrü ilə müqayisədə aktivlər üzrə artım 53% olub
Maliyyə
20 Noyabr , 2015 15:07
Turan Bankın aktivləri bu il 39% artıb

Bakı. 20 noyabr. REPORT.AZ/ "Turan Bank" ASC-nin aktivlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53%, ilin əvvəlinə nisbətən isə 39% artaraq bu ilin noyabrın 1-nə 445,5 mln. manat təşkil edib. "Report"un banka istinadən verdiyi xəbərə görə, kredit portfeli illik müqayisədə 15%, ilin əvvəlindən isə 14% artaraq 251,9 mln. manata çatıb.

Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50%, ilin əvvəlinə nisbətən isə 41% artaraq 203,1 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 28,3%, cari ilin əvvəlinə nisbətən isə 21,7% artaraq 87,8 mln. manat olub.

Hesabat tarixinə bankın nizamnamə kapitalı illik müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 53,2 mln. manata yüksəlib.

Cari ilin yanvar-oktyabr aylarında "Turan Bank"ın gəlirləri 29,8 mln. manat, xərcləri isə 29,1 mln. manat təşkil etdib. Hesabat dövründə bankın mənfəəti 650 min manat olub.

Son xəbərlər

Orphus sistemi