"Turanbank"ın aktivləri 10% azalıb

"Turanbank"ın aktivləri 10% azalıb Bakı. 17 yanvar. REPORT.AZ/ “Turanbank” ASC-nin aktivləri illik müqayisədə 9,6% azalaraq 2018-ci il yanvarın 1-nə 477,316 mln. manat təşkil edib. Kredit portfeli də bu müddətdə 5,2% azalaraq 278,19 mln. manata enib.
Maliyyə
17 Yanvar , 2018 10:17
Turanbankın aktivləri 10% azalıb

Bakı. 17 yanvar. REPORT.AZ/ “Turanbank” ASC-nin aktivləri illik müqayisədə 9,6% azalaraq 2018-ci il yanvarın 1-nə 477,316 mln. manat təşkil edib. Kredit portfeli də bu müddətdə 5,2% azalaraq 278,19 mln. manata enib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri hesabat ilində 10,8% azalaraq 2018-ci il yanvarın 1-nə 418,346 mln. manat olub. Depozit poretfeli (bankların və digər maliyyə institutlarının depozitləri istisna olmaqla) illik 0,5% artaraq 227,343 mln. manata çatıb.

2018-ci il yanvarın 1-nə bankın xüsusi kapitalı 54,196 mln. manat, cəmi kapitalı 58,97 mln. manat təşkil edib.

Bank 2017-ci il ərzində 422 min manat xalis əməliyyat mənfəəti əldə edib, lakin aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1,148 mln. manat ayrılması nəticəsində "Turanbank" ötən ili 725 min manat xalis zərərlə tamamlayıb.

Ötən il bankın faiz gəliri 29,479 mln. maat, qeyri-faiz gəlirləri 4,16 mln. manat, faiz xərcləri 20,411 mln. manat, qeyri-faiz xərcləri 12,805 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi