"Turanbank" I rübü zərərlə başa vurub

"Turanbank" I rübü zərərlə başa vurub İlin əvvəlindən bankın xərcləri kəskin artıb
Maliyyə
14 May , 2015 15:22
Turanbank I rübü zərərlə başa vurub

Bakı. 14 may. REPORT.AZ/ "Turanbank" ASC cari ilin I rübünü 2,0 mln. manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 1,9 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-mart aylarında bankın gəlirləri 6,2 mln. manat, xərcləri 8,2 mln. manat olub. Beləliklə, gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% azalıb, xərclər isə 49,9% artıb.

Bankın faiz gəlirləri ötən ilin eyni dövrü iə müqayisədə 36,4% artaraq cari ilin I rübündə 6,2 mln. manata çatıb. Faiz xərcləri isə bu müddətdə 25% artaraq 4,0 mln. manata yüksəlib. Beləliklə də bank birinci rübü 4,8 mln. manat faiz mənfəəti ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,2% çoxdur. Bu müddətdə bankın qeyri-faiz gəlirləri 997,7 min manat gəlirdən 2,5 mln. manat zərərə, xərcləri isə 87% artaraq 4,3 mln. manata çatıb.

Qeyd edək ki, cari il aprelin 1-nə "Turanbank"ın nizamnamə kapitalı 47,0 mln. manat, məcmu kapitalı 53,4 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi