​"TuranBank" Fövqəladə Hallar Nazirliyinin işçilərinə peşə bayramları münasibətilə kredit faizlərində 3% endirim edib

​"TuranBank" Fövqəladə Hallar Nazirliyinin işçilərinə peşə bayramları münasibətilə kredit faizlərində 3% endirim edib Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür
Maliyyə
16 Dekabr , 2014 10:43
​TuranBank Fövqəladə Hallar Nazirliyinin işçilərinə peşə bayramları münasibətilə kredit faizlərində 3% endirim edib

Bakı. 15 dekabr. REPORT.AZ/ "TuranBank" ASC Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına peşə bayramları münasibətilə 16-18 dekabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə hər il ölkədə dekabr ayının 16-sı Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi