“Turanbank” əmanət faizlərini kəskin azaldıb

“Turanbank” əmanət faizlərini kəskin azaldıb Bakı. 3 yanvar. REPORT.AZ/ “Turanbank” ASC Azərbaycan manatı, ABŞ dolları və avro ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini kəskin azaldıb.
Maliyyə
3 Yanvar , 2018 11:42
“Turanbank” əmanət faizlərini kəskin azaldıb

Bakı. 3 yanvar. REPORT.AZ/ “Turanbank” ASC Azərbaycan manatı, ABŞ dolları və avro ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini kəskin azaldıb.

Bu barədə “Report” Bankın rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Məsələn, hazırda “Turanbank”da 3 il müddətinə, milli valyutada yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 12,5-12,9% divident ödənilir. Halbuki, indiyə qədər illik gəlirlilik 18-19% olub.

Bank 3 il müddətinə Amerika valyutası ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 6-6,5%-dən 3-3,25%-ə, 3 il müddətinə Avropa valyutası ilə yerləşdirilən əmanətlərin illik gəlirliliyini isə 3-3,5%-dən 1,25-1,5%-ə endirib. 

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi