“Turanbank”da yeni təyinatlar olub

“Turanbank”da yeni təyinatlar olub Banka iki baş direktor təyin edilib
Maliyyə
2 Dekabr , 2016 11:40
“Turanbank”da yeni təyinatlar olub

Bakı. 2 dekabr. REPORT.AZ/ “Turanbank” ASC-də idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə yeni vəzifə təyinatları olub. Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, Bəxtiyar Məmmədov informasiya texnologiyaları üzrə, Emil Mürsəlov isə satış üzrə baş direktor vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, B.Məmmədov 2005-ci ildən, E.Mürsəlov isə 2008-ci ildən etibarən “Turanbank”da işləyir. Yeni təyinatlara qədər onlar müvafiq olaraq Bankın İnformasiya texnologiyaları Departamentinin, Marketinq və satış Departamentinin direktoru vəzifəsində çalışıblar.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,004 mln. manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.  

Son xəbərlər

Orphus sistemi